Image alternative text, required
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair video-təlimat:
Necə müraciət etməliyik?
Image alternative text, required
TKTA ilə “Norm” ASC arasında Anlaşma Memorandumu imzalanıb
28 fevral 2024-cü il tarixində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə “Norm” ASC arasında qeyri-formal və informal təhsilin tanınması üzrə Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlıq çərçivəsində “Norm” ASC-nin layihəsi olan Norm Ustalar Klubunun üzvlərinin bilik, bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi və tanınmasını nəzərdə tutan layihələr həyata keçiriləcək.
Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi və İqtisadi Zonaların İnkişafı Agentliyi birlikdə qiymətləndirmə həyata keçirib
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşəbbüsü İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) nəzdində Peşə Təhsil Mərkəzinin təşkilati dəstəyi ilə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların “Mənzil təsərrüfat xidməti üzrə mütəxəssi” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi həyata keçirilib.
Xidmətlər
Akkreditasiya
Kvalifikasiyaların tanınması
Təlim və metodoloji dəstək xidmətləri
Lisenziya
Diplomunu təsdiq et
STATİSTİKA
51
Ali təhsil müəssisələri
4 427
İbtidai və orta məktəblər
57
Orta ixtisas təhsili müəssisələri
102
Peşə təhsili müəssisələr
Xəbərlər
Image alternative text, required
TKTA “Peşəkar qadınlar” layihəsi çərçivəsində müraciətlərin qəbuluna start verir
Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi və “Gözəlliyə xidmət sahəsində sahibkarlara dəstək” İctimai Birliyi arasında anlaşma memorandumu imzalanıb
Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Təhsilin İnkişafı Fondu arasında işgüzar görüş keçirilib
Image alternative text, required
ADA Universitetində təlim iştirakçıları sertifikatlarla təltif edilib
Image alternative text, required
Fevral ayı üçün tanınma üzrə müraciətlərin statistikası
Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə “Türkiyənin Yükseköğretim Kalite Kurulu" arasında onlayn görüş keçirilib
Image alternative text, required
TKTA ilə “Norm” ASC arasında Anlaşma Memorandumu imzalanıb
Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyində mediatur təşkil edilib
Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi Naxçıvan Dövlət Universitetində təlimlər təşkil edib
Image alternative text, required
Yanvar ayı üçün tanınma üzrə müraciətlərin statistikası
Image alternative text, required
“IELTS imtahanına təşviq” layihəsi çərçivəsində təltifolunma mərasimi keçirilib
Image alternative text, required
TKTA ADPU-nun Şəki filialında təlimlər təşkil edib
Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən növbəti təltifolunma həyata keçirilib
Image alternative text, required
TKTA tərəfindən növbəti təlimlər təşkil edilib
Image alternative text, required
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin əməkdaşı beynəlxalq təşkilatın İdarə Heyətinə üzv seçilib
Mütəmadi verilən suallar (FAQ)
Müraciət zamanı qarşılaşdığım suallar və ya problemlərlə bağlı hara müraciət edə bilərəm?
Müraciət zamanı yaranmış və ya qarşılaşdığınız hər hansı texniki nasazlıqla bağlı, adınızı, soyadınızı və ata adınızı qeyd etmək şərtilə, info@tkta.edu.az ünvanına və 146-8 çağrı mərkəzinə müraciət etməyiniz xahiş olunur.
Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Qeyd edək ki, iddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Elm və Təhsil Nazirliyinin "Qaynar xətt” xidmətinə (146-8) və ya info@tkta.edu.az ünvanına məlumat verməyiniz xahiş edilir.
Təqdim etdiyiniz sənədlərin icrasının hansı mərhələdə olması barədə şəxsi kabinetinizdə yerləşdirilən elektron məlumat, elektron ərizənizdə qeyd etdiyiniz əlaqə nömrəsinə göndərilən SMS və elektron poçt ünvanınız vasitəsi ilə məlumat əldə edə bilərsiniz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2023-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalar”nın 3.1-ci bəndinə əsasən müraciət haqqında yekun qərar təqdim olunan sənədlər icraata götürüldüyü tarixdən başlayaraq 3 ay müddətində qəbul edilir. Bununla belə, tanınma üçün edilmiş müraciətlərin sayının çoxluğundan, sənədlərin araşdırılması ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara və təhsil müəssisələrinə sorğuların göndərilməsindən və digər məsələlərdən asılı olaraq, sənədlərin icra müddəti dəyişə bilər.
Şəxsi kabinetin şifrəsi unudulduğu təqdirdə, “ŞİFRƏNİ UNUTMUŞAM” düyməsini sıxaraq şifrəni bərpa etmək mümkündür. Yenilənmiş şifrə barədə məlumatlar qeydiyyat zamanı ərizəçinin qeyd etdiyi elektron poçt ünvanına ötürülür. Əgər şifrənin bərpası zamanı qeydiyyatdan keçərkən istifadə olunan elektron poçt ünvanı aktiv deyilsə, info@tkta.edu.az elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamələrin itirilməsi halında siz ərizə ilə müvafiq polis idarəsinə müraciət edib arayış əldə etməli, eləcə də “Azərbaycan müəllimi” qəzetində şəhadətnamələrin itirilməsi barədə elan verməlisiniz. Bununla yanaşı bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən ərizəçilər xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması haqqında şəhadətnamənin itirilməsi və ya korlanması halında, dublikat şəhadətnamənin əldə olunması üçün 20 AZN xidmət haqqı ödəməlidirlər.
Elektron ərizə yaradıldıqda hər müraciətçi üçün unikal ödəniş kodu generasiya olunur. Ödəniş kodundan istifadə etməklə siz xidmət haqqını hökumət ödəniş portalı (www.gpp.az) vasitəsi ilə, o cümlədən, həmin kodu yaxınlıqdakı poçt və ya banka təqdim etməklə ödəyə bilərsiniz.
Bu status sizin tanınma ilə bağlı təqdim etdiyiniz sənədlərin icraatının dayandırıldığını göstərir və aşağıdakı səbəblərdən baş verə bilər: 1. Tanınma ilə bağlı müraciətinizlə əlaqədar qərarın qəbul edilməsi üçün əlavə sənəd(lər)in təqdim olunmasına zərurət yaranmışdır. Bu barədə sizə müvafiq məlumat verilmiş, lakin təyin olunan vaxt ərzində müraciətimiz təmin olunmadığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 32.5-ci bəndinə əsasən sənədlərinizin icraatı dayandırılmışdır. Tələb olunan əlavə sənəd(lər)i şəxsi kabinetinizə əlavə etmək üçün info@tkta.edu.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. 2. Sənədlərinizin araşdırılması zamanı zərurət yarandığı üçün təhsil aldığınız ali təhsil müəssisəsinə sorğu göndərilmiş və Sizə bu barədə qeydiyyatdan keçərkən təqdim etdiyiniz əlaqə vasitələri ilə məlumat verilmişdir.
Bildiririk ki, elektron ərizə yaradıldığı zaman müraciətçilər ilk olaraq xidmət qaydaları ilə və ödəniləcək 250 AZN xidmət haqqının geri qaytarılmayacağı barədə şərtlərə etiraz etmədiklərini bildirməlidir. Yalnız şərtləri təsdiq etdikdən sonra əməliyyata davam etmək mümkündür. Bu səbəbdən, müraciətçilərə elektron ərizə yaradılan zaman xidmət şərtlərini diqqətlə nəzərdən keçirmələri tövsiyyə olunur.
Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununa 19 may 2020-ci il tarixində edilmiş dəyişikliyə əsasən, Qanunun 2.0.18-ci (xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması) və 32-ci (Xarici ölkələrin ali təhsil müəssisələrinin diplomlarının tanınması üçün tutulan dövlət rüsumunun dərəcəsi – 15 manat) bəndləri ləğv olunmuşdur.  Beləliklə, sözügedən Qərarın ləğv olunduğu müddətə qədər ödəniş etmiş müraciətçilərin 250 AZN xidmət haqqı ödəmələrinə ehtiyac yoxdur. Bu səbəbdən, müraciətçilərin etdikləri ödənişə dair qəbzləri elektron ərizələrinə əlavə etmələri tövsiyə olunur.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən ərizəçilər xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi üçün 250 AZN xidmət haqqı ödəməlidirlər.
Xidmət üçün ödənişin həyata keçirilməsi elektron ərizə sistemindən birbaşa bank kartı vasitəsilə mümkündür.
Sənədlərin yüklənmə qaydası ilə bağlı ətraflı məlumat üçün "Kvalifikasiyaların tanınması - Tələb olunan sənədlər" bölməsinə daxil olmağınız xahiş olunur.
Tələb olunan sənədlərin siyahısı ilə tanış olmaq üçün Kvalifikasiyaların tanınması - Tələb olunan sənədlər" bölməsinə daxil olmağınız xahiş olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.02.2023-cü il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalar”na əsasən Azərbaycan gənclərinin dövlət proqramları, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə xarici dövlətlərin səlahiyyətli orqanları arasında imzalanmış beynəlxalq müqavilələr əsasında tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları, dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramları, o cümlədən beynəlxalq müqavilələr çərçivəsində Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilmiş kvalifikasiyalar üzrə təhsil almış tələbələrin ali təhsil sənədlərinin leqallaşdırılmasına/apostil şəhadətnaməsi əlavə edilməsinə zərurət yoxdur.
Tanınma üçün təqdim olunan, xarici ölkələrin müvafiq rəsmi strukturları tərəfindən verilmiş diplomlar və transkriptlər “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Haaqa Konvensiya"sına uyğun olaraq sənədi verən ölkənin səlahiyyətli qurumu tərəfindən “apostil” möhürü/sertifikatı ilə leqallaşdırılmalıdır. Konvensiyanın 5-ci maddəsinə əsasən, apostil möhürü diplom və transkripti imzalamış şəxsin imzasının həqiqiliyini, onun vəzifəsini və həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. Konvensiyaya müvafiq əlavəyə əsasən, apostilin 2-ci bəndində diplom və transkripti imzalamış şəxsin adı və soyadı, 3-cü bəndində vəzifəsi, 4-cü bəndində isə həmin sənədə vurulmuş möhürün və ya ştampın aid olduğu müəssisənin (ali təhsil müəssisəsinin) adı qeyd olunmalıdır.
Şəxsi kabinetin şifrəsi unudulduğu təqdirdə, “ŞİFRƏNİ UNUTMUŞAM” bölməsini sıxaraq şifrəni bərpa etmək mümkündür. Yenilənmiş şifrə barədə məlumatlar qeydiyyat zamanı müraciətçinin qeyd etdiyi elektron poçt ünvanına ötürülür. Əgər şifrənin bərpası zamanı qeydiyyatdan keçərkən istifadə olunan elektron poçt ünvanı aktiv deyilsə, bununla bağlı info@tkta.edu.az elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.
Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması prosedurunu tənzimləyən normativ-hüquqi sənədlərdə müraciətçilərə sosial statusuna görə güzəştlər və ya imtiyazların tətbiq olunması nəzərdə tutulmamışdır.
Təqdim etdiyiniz sənədlərin icrasının hansı mərhələdə olması barədə şəxsi kabinetinizdə yerləşdirilən elektron məlumat və elektron ərizənizdə qeyd etdiyiniz əlaqə nömrəsinə göndərilən SMS vasitəsi ilə məlumat əldə edə bilərsiniz.
Bu status sizin tanınma ilə bağlı təqdim etdiyiniz sənədlərin icraatının dayandırıldığını göstərir. Bu, aşağıdakı səbəblərdən baş verə bilər: 1. Tanınma prosedurlarında nəzərdə tutulmuş ekspertiza çərçivəsində Sizin Təhsildə Keyfiyyət Təminatı Agentliyində müvafiq ekspertlərin iştirakı ilə keçirilən müsahibədə (tədris dilində ünsiyyət) iştirak etmək zərurətiniz yaranmış, lakin təyin olunan vaxt ərzində həmin müsahibədə iştirak etməmisiniz. Nəzərinizə çatdırırıq ki, müsahibədə iştirak etmək üçün vaxt təyin etmək məqsədi ilə musahiba@tkta.edu.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. 2. Tanınma ilə bağlı müraciətinizlə əlaqədar qərarın qəbul edilməsi üçün əlavə sənəd(lər)in təqdim olunmasına zərurət yaranmışdır. Bu barədə sizə müvafiq məlumat verilmiş, lakin təyin olunan vaxt ərzində müraciətimiz təmin olunmadığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 32.5-ci bəndinə əsasən sənədlərinizin icraatı dayandırılmışdır. Tələb olunan əlavə sənəd(lər) şəxsi kabinetinizə əlavə etmək üçün info@tkta.edu.az elektron poçt ünvanına müraciət edə bilərsiniz. 3. Sənədlərinizin araşdırılması zamanı zərurət yarandığı üçün təhsil aldığınız ali təhsil müəssisəsinə sorğu göndərilmiş və Sizə bu barədə qeydiyyatdan keçərkən təqdim etdiyiniz əlaqə vasitələri ilə məlumat verilmişdir. Sözügedən sorğu cavablandırılanadək müraciətinizin statusu “Icraatı dayandırılmışdır” kimi göstəriləcəkdir.
Xarici ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəli hər il müxtəlif mənbələr tərəfindən dərc olunur. Belə mənbələrə (“Times Higher Education World University Rankings”, “QS World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai Ranking)” və s.) məxsus məlumatlarla tanış olmaq üçün internet axtarış sistemlərindən istifadə edə bilərsiniz.
Təhsil almaq istədiyiniz ali təhsil müəssisəsini və təhsil proqramını (ixtisası) seçərkən təhsil müəssisəsinin (eləcə də, onun digər ölkələrdə fəaliyyət göstərən filiallarının) və tədris proqramının (ixtisasın) akkreditasiyasının olmasına diqqət yetirməyiniz tövsiyə olunur. Bu məqsədlə, ENIC-NARIC (Avropa İnformasiya Mərkəzləri-Milli Akademik Tanınma üzrə İnformasiya Mərkəzləri) Şəbəkəsinin rəsmi internet səhifəsinin (www.enic-naric.net) müvafiq ölkə üzrə nəzərdə tutulmuş bölməsinə daxil olmaqla (yaxud yerli akkreditasiya orqanlarına müraciət etməklə), həmin ölkə tərəfindən tanınan və akkreditə olunan ali təhsil müəssisələrinin siyahısını əldə edə bilərsiniz.
Qeyri-formal və informal təhsil nədir?
Qeyri-formal təhsil - formal təhsil mühitindən kənarda baş verən, yəni müxtəlif kurslarda, dərnəklərdə, təlim və ya fərdi məşğələlərdə, o cümlədən iş mühitində əldə edilən bilik, bacarıq və səriştələrin məcmusudur. İnformal təhsil - özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır. Belə ki, gündəlik həyatımızda müxtəlif mənbələrdən maraq dairəmizə, yaxud da ehtiyaclarımıza uyğun olaraq (daha çox təcrübəyə əsaslanan) əldə edilən bütün səriştələr bura aid edilə bilər.
Formal təhsil dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Qeyri-formal və informal təhsil dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmur.
Bu proses Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli qərarı ilə təsdiqlənmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” əsasında həyata keçirilir.
Suallar ixtisas üzrə baza modullarını əhatə edir. Suallar hazırlanarkən peşə standartları və müvafiq ixtisas üzrə kurikulumlar nəzərə alınaraq hazırlanır. Ərizəçilər qeydiyyat bölməsində hər ixtisas üzrə tərtib edilmiş metodik vəsait hissəsindən müvafiq modullarla tanış ola bilərlər.
Peşə ixtisasının hər bir modulu üzrə 10 sual olur. Hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir.
Birinci, yəni nəzəri imtahanda sualların 50 faizindən çoxunu düzgün cavablandıran ərizəçi ikinci imtahana yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi mərhələsinə buraxılır.
Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində “qeyri-məqbul” nəticə göstərən ərizəçi istəyindən asılı olaraq, müvafiq peşə təhsili müəssisələrində təlim prosesinə yönəldilir.
Bəli, qiymətləndirilmə və tanınmanın nəticələri ilə bağlı ərizəçinin şikayətinə baxılması üçün Agentlik tərəfindən Apelyasiya Komissiyası yaradılır və məsələyə yenidən baxılır.
Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində qeyri-məqbul nəticə göstərən ərizəçi eyni modul üzrə qiymətləndirilmə üçün Agentliyə 6 (altı) aydan sonra təkrar müraciət edə bilər.
Qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması yalnız peşə təhsili ixtisasları üzrə həyata keçirilir.
Peşə təhsili üzrə qeyri-formal və informal formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinin veb saytına daxil olaraq, Kvalifikasiyaların tanınması hissəsinə daxil olub Qeyri-formal və informal təhsilin tanınmasını seçirik.. Qiymətləndirmə və tanınma üçün müraciət elektron qaydada həyata keçirilir.
Ümumi orta təhsili səviyyəsini ən az 4 (dörd) il əvvəl və ya tam orta təhsil səviyyəsini ən az 2 (iki) il əvvəl bitirərək, müraciət etdiyi müvafiq ixtisas üzrə azı 2 (iki) il qeyri-formal və informal təhsil formaları vasitəsilə bilik, bacarıq, səriştə və təcrübə əldə edən vətəndaşlar qiymətləndirilmə və tanınma üçün müraciət edə bilərlər.
İlkin baxışın aparılması üçün müvafiq ixtisas üzrə bilik, bacarıq, səriştə və təcrübəni özündə əks etdirən aşağıdakı sənədlərin və materialların qeydiyyatdan keçən zaman təqdim olunması tələb edilir. Şəxsiyyəti təsdiq edən sənədin surəti; Təhsil haqqında dövlət sənədinin surəti (attestat və yaxud diplom); Bilik, bacarıq, səriştə və təcrübəni əks etdirən sənədlər (fotoşəkillər) Əmək kitabçası (olduğu halda); İş təcrübəsi haqqında arayış və müvafiq sertifikatlar (olduğu halda); Məcburi dövlət sosial sığorta şəhadətnaməsi (olduğu halda).
İmtahanlar ixtisas üzrə təyin edilmiş ekspertlər tərəfindən qiymətləndirilir. İmtahan 2 mərhələdən ibarətdir: Nəzəri və praktiki mərhələ. Birinci, yəni nəzəri imtahanın suallarının 50 faizindən çoxunu düzgün cavablandıran ərizəçi ikinci imtahana, yəni bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi mərhələsinə buraxılır. Bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi nəticəsində tapşırığın ən azı 50 faizini düzgün icra edən ərizəçi “məqbul”, 50 faizindən az hissəsini düzgün icra edən ərizəçi isə “qeyri-məqbul” alır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2020-ci il tarixili 508 nömrəli qərarına əsasən müvafiq ixtisas üzrə biliklərin qiymətləndirilməsi üçün 100 AZN , bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi üçün isə hər modul üzrə 80 AZN məbləğində ödəniş tələb olunur.
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin büdcə üzrə hesab rekvizitləri ilə birlikdə istənilən bank filialına yaxınlaşmağınız və ödənişi Nazirliyin hesabına köçürməyiniz mümkündür.
Müraciət üçün heç bir ödəniş tələb olunmur. Yalnız ilkin baxış mərhələsindən uğurla keçən ərizəçilərdən müvafiq ixtisas üzrə biliklərin qiymətləndirilməsi üçün 100 AZN məbləğində ödəniş qəbzi, nəzəri biliklərin qiymətləndirilməsi mərhələsindən də uğurla keçərsə bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi mərhələsi iştirak etmək üçün imtahan veriləcək hər modula görə 80 AZN məbləğində ödəniş qəbzi tələb olunur.
Proqram akkreditasiyası nədir?
Təhsil proqramının akkreditasiyası qüvvədə olan müvafiq təhsil pillələri üzrə təsnifatlara istinadən təşkil olunaraq, təhsil müəssisələrində tədris edilən təhsil proqramlarının maddi-texniki və tədris bazasını, təhsilverənlərin keyfiyyət göstəricilərini və təhsilalanların bilik, bacarıq və vərdişlərinin səviyyəsinin əmək bazarının tələblərinə uyğunluğunu və proqramın icrasını qiymətləndirərək hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunmasına hüquqi təminat yaradır.
Təhsil müəssisəsi öz fəaliyyətinə və ya tədris etdiyi təhsil proqramlarına hüquqi təminat əldə etmək üçün akkreditasiyadan keçməlidir. Lakin akkreditasiya prosedurundan keçməyin təhsil müəssisəsinə bir sıra digər müsbət təsirləri də var. Bunların sırasına, təhsil müəssisəsinin fəaliyyətinin qiymətləndirilməsi, müəssisədə keyfiyyət təminatı mədəniyyətinin formalaşması və təhsilin keyfiyyətinin Avropa Ali Təhsil Məkanının müddəalarında necə cavab verdiyinin müəyyən edilməsi daxildir.
Təhsil müəssisəsinin akkreditasiyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir.
Akkreditasiya Meyarları təhsil müəssisəsinin fəaliyyətinin və təhsil proqramlarının icrasının dövlət təhsil standartlarına uyğunluğunun qiymətləndirilməsi üzrə ölçülər toplusudur.
Aprel ayından gec olmayaraq hər təqvim ili üzrə Agentlik tərəfindən hazırlanan və rəsmi internet səhifəsində yerləşdirilən akkreditasiya ardıcılığıdır.
Özünütəhlil hesabatı - Akkreditasiya Meyarları əsasında təhsil müəssisəsinin təhsilin keyfiyyət səviyyəsinin təmin olunmasına dair ümumi fəaliyyəti və ayrı-ayrı təhsil proqramlarının icrası üzrə təhlilini əks etdirən özünüqiymətləndirmə sənədidir. Yekun hesabat - Akkreditasiya Prosesləri çərçivəsində Akkreditasiya Komissiyası tərəfindən keçirilən akkreditasiya qiymətləndirilməsinin nəticələrini əks etdirən sənəddir.
“Dövlət rüsumu haqqında” Azərbaycan Repuslibkasının qanununun 32-1. Maddəsinə əsasən təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə tutulan dövlət rüsumunun dərəcələri aşağıdakilərdir: Dövlət rüsumu tutulmalı olan hərəkətlər Dövlət rüsumunun məbləği məktəbəqədər təhsil müəssisələri 2000 manat ümumi təhsil müəssisələri 5000 manat məktəbdənkənar təhsil müəssisələri 5000 manat peşə təhsili müəssisələri 10000 manat orta ixtisas təhsili müəssisələri 12000 manat ali təhsil müəssisələri 20000 manat əlavə təhsil müəssisələri 12000 manat təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr 12000 manat
Təhsil müəssisəsinin fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə aparılan və təhsil müəssisəsinin statusunun, hər bir ixtisas (proqram) üzrə təhsilalanların say həddinin müəyyən edilməsi, onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradan prosedur.
- akkreditasiyanın keçirilməsinə hazırlıq; - təhsil müəssisəsinin özünütəhlili; - Akkreditasiya Komissiyasının təhlil aparması; - akkreditasiya haqqında yekun hesabatın hazırlanması; - təhsil müəssisəsinin statusunun müəyyən edilməsi və müvafiq keyfiyyət sənədinin – sertifikatın verilməsi.
Təhsil Haqqında Azərbaycan Respublikasının Qanunu - Təhsil Müəssisələrinin Akkreditasiya Qaydaları - Akkreditasiya işinin təşkilinə dair Təlimatlar - Hər bir təhsil pilləsi üzrə institusional və proqram akkreditasiya Meyarları - Akkreditasiya Komissiyası haqqında Əsasnamə - Akkreditasiya Şurası haqqında Əsasnamə - Apellyasiya Komissiyası haqqında Əsasnamə - “Ali təhsil müəssisəsinin akkreditasiyası üzrə qiymətləndirmə meyarları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının qərarı - Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi - “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu - “Dövlət rüsumu haqqında” Azərbaycan Repuslibkasının Qanunu - Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasinin Qanunu - Akkreditasiya qiymətləndirilməsi xidmətlərinin göstərilməsi haqqında müqavilə formaları
Akkreditasiyadan keçirilməsi nəzərdə tutulan təhsil müəssisələri aşağıdakılardır: Məktəbəqədər təhsil müəssisələri; - Ümumi təhsil müəssisələri; - Məktəbdənkənar təhsil müəssisələri; - Peşə təhsili müəssisələri; - Orta ixtisas təhsili müəssisələri; - Ali təhsil müəssisələri; - Əlavə təhsil müəssisələri; - Təhsil fəaliyyəti həyata keçirən digət müəssisələr.
İnstitusional akkreditasiya təhsil müəssisəsinin ümumi fəaliyyətinin qəbul olunmuş dövlət təhsil standartlarına və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, hər bir ixtisas üzrə kadr hazırlığı potensialının və təhsilalanların say həddinin müəyyən olunması və onun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.
Əlavə suallar olduğu təqdirdə, “ASAN xidmət” mərkəzlərinə müraciət edilə və ya İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzi (195-2) ilə əlaqə saxlanıla bilər.
Mövcud qanunvericiliyə əsasən təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziyalar müddətsiz olaraq verilir
İqtisadiyyat Nazirliyi təqdim olunmuş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 10 iş günündən gec olmayaraq, lisenziyanı verir və ya verilməsindən imtina haqqında inzibati akt qəbul edir. Nəzərə alınmalıdır ki, İqtisadiyyat Nazirliyi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.6.1-ci maddəsinə uyğun olaraq, Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi üçün Təhsil Nazirliyinə rəy (razılıq) alınması məqsədi ilə müraciət etdikdə, ona 7 iş günü müddətində baxılaraq cavab verilir. Təhsil Nazirliyinin əsaslandırılmış müraciəti ilə həmin müddət 20 gündən çox olmayan müddətə uzadıla bilər. Bu müddət ərzində rəy (razılıq) bildirilmədikdə, rəy müsbət (razılıq verilmiş) hesab olunur. Təhsil Nazirliyi tərəfindən rəy (razılıq) verilməsi üçün bu Qanunla nəzərdə tutulan müddət lisenziya və icazə verilməsi ilə bağlı ümumi müddətə daxil edilmir. Bu Qanunun 19.6.3-cü maddəsinə uyğun olaraq, lisenziya və icazə verən orqan ekspert və ya mütəxəssisin cəlb olunması ilə bağlı aidiyyəti dövlət orqanına müraciət etdikdə, həmin dövlət orqanı 1 iş günü ərzində öz ekspert və ya mütəxəssisini təqdim etməlidir. Ekspert rəyinin alınması və ya mütəxəssis rəyinin bildirilməsi üçün təyin olunan müddət 5 iş günündən çox olmamalıdır. Bu müddət lisenziya və icazə verilməsi ilə bağlı ümumi müddətə daxil edilmir.
- 1. Ərizə. 2. Ərizəyə əlavə olunan sənədlər: 2.1. hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; 2.2. ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti; 2.3. ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti; 2.4. təhsil müəssisəsinin pedaqoji, elmi-pedaqoji işçiləri haqqında məlumat; 2.5. təhsil müəssisəsinin maddi-texniki bazası (yerləşdiyi binanın ümumi və tədris sahəsi, təhsil, təcrübə, qrup, yataq otaqlarının sayı, laboratoriya, kitabxana, idman, musiqi zalı, həkim otağı və izolyator, mətbəx, metodiki kabinet, sanitar qovşağı və s.) və təlim-tərbiyə prosesinin təminatı haqqında ətraflı məlumat (texniki təminat vasitələri, proqram, metodiki təminat, didaktik materiallarla təminat və s.).
- Mövcud qanunvericiliyə əsasən hazırda təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir. İqtisadiyyat Nazirliyi tərəfindən 9 “ASAN xidmət” mərkəzi (5 saylı Bakı, Sumqayıt, Bərdə, Sabirabad, Gəncə, Qəbələ, Masallı, Quba, Mingəçevir), o cümlədən “Lisenziyalar və icazələr” portalı (lisenziya.gov.az) vasitəsilə lisenziyaların verilməsi üçün sahibkarlara xidmətlər göstərilir, ərizələrin qəbulu və lisenziyaların verilməsi həyata keçirilir. “ASAN xidmət” mərkəzlərində sahibkarlara lisenziyaların verilməsi ilə yanaşı vaxt itkisi və əlavə sənədləşmə işləri ilə qarşılaşmamaları üçün lisenziya almaq istəyən sahibkarlara İqtisadiyyat Nazirliyi tərəfindən məsləhət xidmətləri də göstərilməkdədir.
Təşkilati hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı və nümayəndəliyi təhsil müəssisələrinin fəaliyyətinə lisenziya alınması üçün səlahiyyətli orqana müraciət edə bilər.
Rəqəmsal tətbiq.
Lisenziya nədir?
- Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsinə dair istinad edilən əsas normativ- hüquqi aktlar aşağıdakılardır: - "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsi - "Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı"nın 5.1-ci maddəsi; -"Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 16.-cı maddəsi; - "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.5.1-ci və 23-cü maddələri; - Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"nin 3.0.66-cı yarımbəndi; - “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5.18-ci bəndi; - Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli, 174 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər”in 12.1-ci və 12.2-ci hissələri; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il tarixli 3 avqust, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”; - Hər bir təhsil pilləsinə dair müvafiq hüquqi-normativ aktlar.
- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci və 23-cü maddələrinə uyğun olaraq, təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği aşağıdakı kimidir: dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, məktəbəqədər təhsil müəssisələri 1250 manat dövlət ümumi təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) 10000 manat peşə təhsili müəssisələri 2000 manat orta ixtisas təhsili müəssisələri 2000 manat ali təhsil müəssisələri 13750 manat əlavə təhsil müəssisələri 1500 manat dini orta ixtisas təhsili müəssisələri 2000 manat ali dini təhsil müəssisələri 13750 manat. Lakin mövcud qanunvericiliyə əsasən lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə müəyyən edilmiş dövlət rüsumunun 50 faizi (regional televiziya yayımı və regional radio yayımı istisna olmaqla) ödənilir. Təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya verilməsinə görə hər hansı xidmət haqqı nəzərdə tutulmamışdır.
Təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi prosesi ilə bağlı yaranmış mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları aşağıdakılardır: -lisenziyanın verilməsindən imtina ilə bağlı qəbul edilmiş qərarlardan "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı inzibati orqana inzibati qaydada şikayət verilə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. -İnzibati qaydada verilmiş şikayət üzrə qəbul edilmiş qərardan, orqanın hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət verilə bilər. -İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət verilə bilər.